Event rules

Event Rules for INMerge Innovation Summit

Welcome to the INMerge Innovation Summit! To ensure a safe and enjoyable experience for all attendees, we have established the following event rules:

1. Conduct

  • Respectful Behavior: Treat all attendees, speakers, and staff with respect and courtesy.
  • Non-Discrimination: Discrimination based on race, gender, age, religion, nationality, sexual orientation, or disability will not be tolerated.
  • Compliance: Follow all instructions from event staff and adhere to venue rules and regulations.

2. Photography and Recording

  • Permission: Photography and recording of sessions may be permitted with prior consent from speakers and event organizers.
  • Privacy: Respect the privacy of other attendees and obtain consent before taking their photos or recordings.

3. Intellectual Property

  • Ownership: All content presented at the event, including presentations and materials, is the intellectual property of the respective speakers and organizations.
  • Usage: Obtain permission before using or sharing any event content for commercial purposes.

4. Safety and Security

  • Personal Belongings: Keep personal belongings secure at all times. The event organizers are not responsible for lost or stolen items.
  • Badge Responsibility: Attendees are responsible for the safekeeping of their event badges. Lost badges may result in declined requests for replacement badges or fines.

5. Compliance with Laws

  • Legal Compliance: Attendees must comply with all applicable laws and regulations during the event.
  • Age Restriction: Only individuals aged 18 and above are allowed to attend the event.
  • Alcohol Policy: Alcohol will be available at the event; however, it is strictly prohibited for individuals under the age of 18.

6. Admission and Attendance

  • Registration: Ensure registration and ticketing requirements are met before attending the event.
  • Attendance Policy: Attendees must present valid event credentials for admission to sessions and activities.

7. Ticket Policy

  • Ticket Terms: Tickets purchased for this event are not refundable or exchangeable.

8. Feedback and Complaints

  • Feedback: We welcome constructive feedback to improve future events. Please share your suggestions and comments with us.
  • Complaints: If you have any concerns or complaints during the event, please notify event staff for prompt assistance.

Thank you for your cooperation in adhering to these event rules. We appreciate your commitment to creating a positive and inclusive environment at the INMerge Innovation Summit.

----------------------------------------------------------

INMerge İnnovasiya Sammitinin keçirilməsinə dair qaydalar

INMerge İnnovasiya Sammitinə xoş gəlmisiniz! Tədbirin bütün iştirakçılar üçün təhlükəsiz və xoş keçməsini təmin etmək məqsədilə aşağıdakı qaydaları müəyyən etmişik:

1. Davranış

  • Hörmətcil davranış: Bütün iştirakçılar, aparıcılar və heyətlə hörmət və nəzakətlə rəftar edin.
  • Ayrı-seçkiliyə yol verilməməsi: İrq, cins, yaş, din, milliyyət, cinsi oriyentasiya və ya əlilliyə görə ayrı-seçkiliyə yol verilmir.
  • Uyğunluğun təmin edilməsi: Tədbir heyətinin bütün göstərişlərinə, eləcə də tədbir məkanının qayda və normalarına riayət edin.

2. Foto çəkiliş və audio/video qeyd aparılması

  • İcazə: Sessiyaların foto çəkilişinə və audio/video qeydinin aparılmasına məruzəçilərin və tədbir təşkilatçılarının əvvəlcədən razılığı ilə icazə verilə bilər.
  • Məxfilik: Digər iştirakçıların şəxsi həyatının toxunulmazlığı hüququna hörmət edin və onların şəklini çəkməzdən və ya audio/video qeyd aparmazdan əvvəl razılıqlarını alın.

3. Əqli mülkiyyət

  • Mülkiyyət hüququ: Tədbirdə təqdim olunan bütün kontent, o cümlədən təqdimatlar və materiallar müvafiq məruzəçilərin və təşkilatların əqli mülkiyyətidir.
  • İstifadə: Tədbirin istənilən kontentini kommersiya məqsədləri üçün istifadə etməzdən və ya paylaşmazdan əvvəl icazə alın.

4. Təhlükəsizlik və mühafizə

  • Şəxsi əşyalar: Şəxsi əşyalarınızı həmişə etibarlı şəkildə saxlayın. Tədbir təşkilatçıları itirilmiş və ya oğurlanmış əşyalara görə məsuliyyət daşımır.
  • Buraxılış kartlarına görə məsuliyyət: İştirakçılar tədbir üçün buraxılış kartlarının təhlükəsiz saxlanmasına görə cavabdehdirlər. Buraxılış kartlarını itirmiş şəxslərin buraxılış kartının əvəz edilməsinə dair sorğuları qəbul edilməyə və ya özləri cərimələnə bilər.

5. Qanunlara riayət

  • Normativ-hüquqi uyğunluğun təmin edilməsi: İştirakçılar tədbir müddətində qüvvədə olan bütün qanun və normalara riayət etməlidirlər.
  • Yaş məhdudiyyəti: Tədbirdə yalnız yaşı 18 və yuxarı olan şəxslər iştirak edə bilərlər.
  • Spirtli içkilərə dair siyasət: Tədbirdə spirtli içkilər olacaq; lakin bu, 18 yaşdan kiçik şəxslər üçün qəti qadağandır.

6. Buraxılış və iştirak

  • Qeydiyyat: Tədbirdə iştirak etməzdən əvvəl qeydiyyat və biletlərə dair tələblərin yerinə yetirildiyindən əmin olun.
  • İştiraka dair siyasət: İştirakçılar sessiya və fəaliyyətlərə buraxılmaq üçün tədbirə aid etibarlı uçot məlumatlarını təqdim etməlidirlər.

7. Biletlərə dair siyasət

  • Bilet şərtləri: Bu tədbir üçün alınmış biletlər geri qaytarıla və ya dəyişdirilə bilməz.

8. Rəy və şikayətlər

  • Rəy bildirilməsi: Gələcək tədbirləri daha yaxşı keçirmək istiqamətində konstruktiv rəyləri alqışlayırıq. Təklif və şərhlərinizi bizimlə bölüşməyinizi xahiş edirik.
  • Şikayətlər: Tədbir müddətində hər hansı problem və ya şikayətiniz olarsa, operativ yardım üçün tədbir heyətinə bildirməyiniz xahiş olunur.

Bu tədbir qaydalarına riayət etməkdə əməkdaşlığınıza görə təşəkkür edirik.

INMerge İnnovasiya Sammitində müsbət və inklüziv mühit yaratmaq əzminizi yüksək qiymətləndiririk.